Cenevrədə 9 martda baş tutması gözlənilən Suriya danışıqlarının vaxtı dəyişib. SİA xəbər verir ki, Suriya hökumətindən olan bir mənbənin verdiyi informasiyaya görə, danışıqlara 14 marta start veriləcək.
"Fransa Press" agentliyinə məlumat verən mənbə bildirib ki, Suriya heyəti danışıqlar üçün BMT tərəfindən bazar gününə, yəni 13 marta dəvət alıb. Buna görə də danışıqlar martın 14-də baş tutacaq.
Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Mistura danışıqların 9 martda baş tutacağını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB