Turqut Özal məhəlləsində 16 terrorçu öldürüldü

Turqut Özal məhəlləsində 16 terrorçu öldürüldü

Türkiyənin Şirnak vilayətinin İdil mahalında hərbi əməliyyatlar həyata keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular İdil mahalının Turqut Özal məhəlləsində öldürülüb.

Təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma yaşanıb. Atışma nəticəsində səhər saatlarından etibarən 16 PKK terrorçusu həyatını itirib.

Hazırda ərazidə axtarış əməliyyatları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə