İran neftinin Ukraynadan Avropaya tranzit edilməsi məsələsi müzakirə edilir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi Kiyev və İran arasında danışıq aparılır.
Ukraynanın baş nazir müavini Gennadiy Zubko müzakirə olunan mövzular arasında həmçinin İran neftinin Ukrayna müəssisələrində emalının olduğunu da bildirib.
G.Zubko sözlərinə görə, rəsmi Kiyev Ukraynaya neft məhsullarının tədarükünün diversifikasiyasında maraqlıdır: "İran da neft və neft məhsullarının ixracının diversifikasiyasında maraqlıdır. Qarşımızda İran neftinin Ukrayna ərazisində emalı, xam neftin Ukraynada yığılması və daha sonra Avropa İttifaqına tədarükün diversifikasiyası kimi məsələlər durur. Bu maraqlı istiqamətdir və bunun mümkünluyünü öyrənirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB