Ukraynada yüzlərlə sakin və ictimai fəal Rusiyanın Kiyevdəki səfirliyi qarşına yürüş edərək, pilot Nadejda Savçenkonun azad edilməsini tələb edib. Xanım pilotun Ukraynaya təhvil verilməsini istəyən etirazçılar "Rusiyaya ar olsun", " Savçenkoya Azadlıq " şüarları səsləndirib.
Daha sonra etirazçılar Rusiya bayrağını yandırıb, boynundan "Qatil" yazılı lövhə asılmış Rusiya lideri Vladimir Putinin müqəvvasını yandırıb. Bəzi fəallar səfirlik binasının giriş qapılarını yumurta atəşinə tutub. Etirazçılardan biri isə diplomatik nümayəndəliyin həyətinə daxil olaraq daşla səfirliyin pəncərə şüşəsini qırıb. Aksiyadan sonra etirazçılar Azadlıq meydanına yürüş edərək, nümayişi orada davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB