İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 35 nəfər həlak olub. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, maşın polis postu yaxınlığında partladılıb.
Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.
Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB