ABŞ-da prezidentliyə namizəd Berni Sanders Kanzas ştatında demokratların prezidentlik namizədinin partiyadaxili seçkilərində qalib gəlib. SİA-nın məlumatına görə, bu barədə NBC News xəbər verib. Beləliklə, 75 yaşlı senator Berni Sanders ABŞ-ın sabiq dövlət katibi, seçkilərin əsas favoriti hesab edilən Hillari Klintonu üstələyib. Kanzasda səslərin 75% sayılıb. Sanders 75%, Klinton isə 55% səs toplayıb.
Associated Press agentliyinin xəbərinə görə isə Hillari Klinton Luiziana ştatında ilkin seçkilərin qalibi olub.
Qeyd edək ki, bu gün ABŞ-ın Kentukki, Men, Nebraska, Luiziana və Kanzas ştatlarında partiyadaxili seçkilər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB