Polşa prezidentinin avtomobili qəzaya uğrayıb

Polşa prezidentinin avtomobili qəzaya uğrayıb

Polşa prezidentinin BMW markalı avtomobili ölkənin cənubunda qəzaya uğrayıb. Hadisə nəticəsində Anjey Dudanın xəsarət almadığı bildirilir.

Rusiyanın NTV telekanalı xəbər verir ki, Polşa prezidentinin BMW markalı limuzini iri magistralların birində hərəkət edərkən təkəri partlayıb və avtomobil yoldan çıxıb.

Gözlənilməz insident nəticəsində xəsarət alan olmayıb. Yerli polis hadisənin baş vermə səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə