İŞİD terror təşkilatı növbəti "yeniliyə" imza atıb. SİA "Lifenews"ə istinadən xəbər verir ki, terrorçular onların yaralılarını müayinə etməyə etiraz edən həkim də daxil olmaqla, 5 qadını edam edib. Bu dəfə edamı yerinə yetirmək 12 yaşlı britaniya doğumlu qıza həvalə olunub. Artıq britaniya KİV-ləri bu qıza Cihadi Ceyn ayamasını da qoyublar. Belə ki, bundan öncə daha bir britaniyalı – artıq məhv edilmiş Cihadi Con adlı cəllada da bu ləqəbi Britaniya KİV-ləri qoymuşdular.
"The Daily Star" nəşri isə əxsi mənbələrinə istinad edərək yazır ki, edam vaxtilə Assuriyanın paytaxtı olmuş İraqın Neynəviyyə vilayətində reallaşdırılıb. Cihadi Ceyn isə güllələmə briqadasının üzvüdür. "Bu, İŞİD tərəfindən azyaşlı qızın istifadə edildiyi ilk edamdır"-deyə məlumatda qeyd olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB