Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatların və komendant saatının davam etdiyi Diyarbəkir vilayətinin Sur rayonunda təhlükəsizlik tədbirləri gücləndirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, vətəndaşların can və mal təhlükəsizliyinin qorunması məqsədilə Diyarbakır qubernatorluğu tərəfindən şəhərdə əlavə tədbirlər görülüb.
Təhlükəsizlik tədbirləri məqsədilə saat 12:00-dan etibarən rayon sakinləri istisna olmaqla digər şəxslərin rayona girişi qadağan edilib.
Qubernatorluq vətəndaşları icazəsiz nümayiş və yürüşlərə qoşulmamağa, sağlam düşüncə ilə hərəkət etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB