ABŞ Rusiyaya qarşı Zika virusundan istifadə edə bilər. SİA-nın məlumatına görə, bu sözləri Rusiyanın səhiyyəyə nəzarət etmə təşkilatı "Rospotrebnadzor"un keçmiş müdiri və baş nazir Dmitri Medvedevin məsləhətçisi Qennadi Onişçenko deyib.
Onişçenko bildirib ki, hazırda Rusiyada aşkar edilən Zika virusu hələ böyük təhdid yaratmır. Lakin havaların istiləşməsi və ağcaqanadların artması virusa yoluxma hallarının çoxalması riskini artıra bilər.
Onişçenko qeyd edib ki, ağcaqanad virus daşıyıcısı olan bir qadını dişlədiyi halda virusun başqalarına da keçməsinə yol aça bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB