İtaliyada son beş il ərzində tullantıların utilizasiyası üçün tətbiq olunan vergilərin artırılması müəssisələr tərəfindən də ödənişlərin artımı ilə müşayiət edilib. Bu müddət ərzində vergilərin ümumi məbləği 3 milyard avro artaraq, 2015-ci ildə 8,37 milyard avroya çatıb.
İtaliya Ticarət Konfederasiyasının rəyinə görə, bununla tullantıların əmələ gəlməsinin əhəmiyyətli şəkildə azalmasına baxmayaraq, yerli şirkətlərə vergi təzyiqi artırılıb.
Ekspertlər "zibil vergisinin" ödənilməsində ölkənin müxtəlif regionları arasındakı kəskin fərqi də qeyd ediblər. Onların rəyinə görə, bu, qeyri-effektiv idarəetmə və yerlərdəki nəzarətin yarıtmazlığı ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB