Livanın "Hizbullah" partiyasının icraiyyə komitəsinin sədr müavini şeyx Nabil Kauk bəyan edib ki, Səudiyyə Ərəbistanını ittiham edən bəyanat verib. SİA xəbər verir ki, bu barədə Suriyanın sana.sy dövlət agentliyi məlumat verib. Onun sözlərinə görə, Səudiyyə krallığı Livandakı gerçək üzünü açıb-göstərib: "Onlar Suriyadakı terror şəbəkələrini silahlandırmaqla livanlılar arasında mövcud olan milli birliyi və sabitliyi pozmağa cəhd göstərirlər".
Livanın Aynasa qəsəbəsində çxış edən "Hizbullah" rəsmisi vurğulayıb ki, Səudiyyə Ərəbistanı rəsmi Beyrutu şantaj edir: "Onların məqsədi livanlıları aşağılamaq və təhqir etməkdir. Bu məqsədlə, terrorçuluqla mübarizə kampaniyasına qarşı təxribatlar törədilir".
"Hizbullah" rəsmisi buna misal kimi 2006-cı ildə Livana qarşı baş verən hücumlar zamanı Bint-Cbeyl şəhərinin, eləcə də paytaxt rayonlarından olan Dəxiyə Əl-Cənubiyyənin tamamilə dağıdılmasını göstərib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB