İraqda terror aktı: 22 ölü

İraqın paytaxtı Bağdad şəhərində əsasən şiələrin yaşadığı məhəllədəki bazarda törədilən partlayışlar nəticəsində azı 22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb. "Figaro.fr" saytı xəbər verir ki, "Sadr City"də baş verən partlayışlara görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, bu, cari ildə İraqda törədilən ən qanlı terror aktıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə