35 İŞİD terrorçusu məhv edilib

35 İŞİD terrorçusu məhv edilib

Suriya ordusu Həma əyalətində 35 İŞİD terrorçusunu məhv edib. SİA-nın məlumatına görə, ekstremistlər Suriya ordusunun Salamiyə şəhərindəki mövqelərinə hücum etmək istəyiblər. Hərbçilər, həmçinin terrorçulara məxsus pulemyotla təchiz edilmiş dörd yolsuzluq maşınını, buldozeri və artilleriya silahlarını zərərsizləşdiriblər.

Fevralın 27-dən etibarən Suriyada atəşkəs rejimi elan olunub. Bu, İŞİD, "Nüsra cəbhəsi" və BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınan digər qruplaşmalara şamil edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə