Merkel biznesmenləri səbirli olmağa çağırdı

Merkel biznesmenləri səbirli olmağa çağırdı

Almaniyanın Baş naziri Angela Merkel alman iş adamlarına səbirli olmağı tövsiyə edib. SİA-nın "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, Merkel Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı ölkə iqtisadiyyatına dəyən ziyana baxmayaraq biznesmenləri səbirli olmağa çağırdı.

Xristian Demokrat Birliyi partiyasının Stralsund şəhərində təşkil etdiyi şura konfransında danışan Merkel Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müəyyən dərəcədə müəssisələrə ziyan vurduğunu etiraf edib. Lakin o, sanksiyaların Minsk razılaşması tam şəkildə həyata keçirildikdən sonra aradan qaldırıla biləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə