“International Airlines Group”un hədəfi

“International Airlines Group”un hədəfi

"International Airlines Group" (IAG) bu il gəlirlərini 40 faiz artıraraq 900 milyon avroya çatdırmağı hədəfləyib. "Euronews.com" xəbər verir ki, qrup bu il yanacaq qiymətlərinin aşağı salınması, xərclərin azaldılması və sərnişinlərin tələbatının artması ilə gəlirlərini artıracağını bildirib.

Qeyd edək ki, IAG "British Airways", "Iberia Airlens", "Vueling Airlens" və "Aer Lingus" kimi aviaşirkətlərə rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə