Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Krım Respublikasını geri almaq üçün ordu hazırladıqlarını bildirib. SİA xəbər verir ki, Avakov bu barədə "1+1" televiziyasına verdiyi müsahibə zamanı danışıb.
Nazir Krımı Rusiyadan almaq üçün ordunu, polisi və Ukraynanın Milli Briqadasını hazırladıqlarını deyib. O, Ukraynanın bu məsələnin üstündə çalışdığını vurğulayıb. Həmçinin bildirib ki, Ukrayna bütün strukturları yenidən qurduqda iradəsini ortaya qoyacaq və Krım yenidən Ukraynanın olacaq.
Bu çıxışla bağlı Krımın baş prokuroru Poklanskaya Avakovu tənqid edib və Kiyev rəhbərliyinə öz işləri ilə məşğul olmağı təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB