İŞİD qadınlara işgəncə verir

İŞİD qadınlara işgəncə verir

İŞİD İraqda, nəzarət altında saxladığı Mosul vilayətində qadınlara metal alətlərlə işgəncə verib. SİA-nın İngiltərənin "Independent" qəzetinə istinadən verdiyi məlumata görə, işgəncəyə məruz qalan qadınlar düzgün geyim qayda-qanunlarına riayət etməməkdə günahlandırılıb.

Mosuldan kürdlərin idarə etdiyi Rasulayna qaçan 22 yaşlı Fatimə adlı qadın İŞİD dəhşətli işgəncə vasitələrindən istifadə etdiyini deyib. Onun sözlərinə görə, İŞİD qadınları tünd, bədənlərini tam örtən və üzlərinin görünmədiyi libasları geyinməyə məcbur edir.

Eyni zamanda qadınların əlcək taxması da məcburidir. Həmçinin onların tək çölə çıxması da qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə