Yaponiyanın Baş naziri bəyanatla çıxış edib

Yaponiyanın Baş naziri bəyanatla çıxış edib

Yaponiyanın Baş naziri Şinzo Abe 2011-ci il martın 11-də ölkənin şimal-şərqində baş verən və böyük itkilərə səbəb olan dəhşətli təbii fəlakətin beşinci ildönümü ərəfəsində bəyanatla çıxış edib. Həmin vaxt güclü zəlzələ və sunami nəticəsində Yaponiyaya hədsiz ziyan dəymiş, "Fukusima-1" atom elektrik stansiyasında qəza baş vermişdi.

Bəyanatda qeyd edilib ki, Baş nazir fəlakət nəticəsində ailələrini və yaxınlarını itirmiş insanlar haqqında düşünərkən dərin kədər hissi keçirir. Ş.Abe vəd edib ki, hökumət zərər çəkmiş regionun bərpası və inkişafı üçün lazım olan bütün işləri sürətləndirəcək.

Baş nazir bəyanatında bir daha bildirib ki, baş verən təbii fəlakətə baxmayaraq, onun rəhbərlik etdiyi hökumət güclü və sabit dövlətin qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə