İran "Neft müqavilələrinin yeni modeli" sayəsində 2017-ci ilin martınadək ölkəyə 10-15 milyard dollar vəsait cəlb etmək niyyətindədir. SİA-nın "SHANA" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran neft nazirinin müavini Rüknəddin Cavadi bəyan edib.
Qeyd edək ki, "Neft müqavilələrinin yeni modeli" ötən həftə İran Neft Nazirliyinə təqdim olunub. Yeni layihə "qara qızıl"ın cari qiymətlərinə uyğun olaraq, İranın neft sənayesinə investisiyaların aktiv cəlb olunmasını nəzərdə tutur.
Bu modelin əsas müddəaları cari ilin yay aylarında Tehranda keçiriləcək beynəlxalq neft konfransı zamanı ictimaiyyətə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB