Türkiyənin paytaxtı Ankarada törədilən terror hücumunda xəsarət alanlardan biri - 66 yaşlı Aydın Ded Hayır müalicə edildiyi İbni Sina xəstəxanasında dünyasını dəyişib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da sözügedən terror hücumunda ölənlərin sayı 29-a çatıb. 10 yaralının müalicəsi davam edir.
Qeyd edək ki, Ankarada sonuncu terror aktı hərbiçiləri daşıyan avtomobil karvanının keçdiyi vaxt törədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB