Rusiyanın energetika naziri Aleksandr Novak neft hasilatının dondurulması qərarı ilə bağlı təkcə OPEC-ə üzv ölkələrlə deyil, Norveç və Meksika kimi istehsalçı ölkələrlə də görüşlərin keçiriləcəyini deyib. SİA "vesti.ru"ya istinadla xəbər verir ki, neft hasilatının azaldılması yox, stabil saxlanılması barədə qərar qəbul olunduğunu vurğulayan A.Novak bu razılığın səbəbinin Rusiyanın iqlimi və geoloji şəraitin olduğunu deyib.
"Rusiyanın iqlimi və geoloji şəraiti digər ölkələrdən fərqlidir. Rusiya 170 min neft quyusundan 534 milyon ton xam neft çıxarır. Səudiyyə Ərəbistanı isə eyni həcmdə nefti 3 min 500 quyudan hasil edir. Rusiyanın Səudiyyə Ərəbistanı kimi neft hasilatını azaldıb çoxaltmağı mümkün deyil. Bizin neft hasilatını azaltmaq üçün quyuları təxirə salmağımız lazımdır, onların isə quyulardakı təzyiqi dəyişdirmələri kifayət edir", - deyərək Novak bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB