Suriyanın Homs şəhərində Əz-Zəhra məhəlləsində terror hadisəsi nəticəsində 46 nəfər həlak olub, 115 nəfər xəstəxanaya yerləşdirilib. SIA-nın RİA Novosti-yə istinadən məlumat verdiyi məlumata görə, Mərkəzi Xəstəxananın əməkdaşının agentliyə verdiyi məlumatda bildirilir ki, xəstəxanaya daha 20 meyit gətirilib ki, bundan sonra ölənlərin ümumi sayı 46 nəfər olub.
Qeyd edək ki, Əs-Sittin küçəsində iki terrorçu minalanmış avtomobillərdə partlayış törədiblər.
Əz-Zəhrada sonuncu terror hadisəsi yanvarın sonunda baş vermişdi ki, bu zaman 22 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB