ABŞ-da atışma ölən və yaralılar var

ABŞ-da atışma ölən və yaralılar var

ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində bir polis əməkdaşı ölüb, daha 3 polis yaralanıb. SIA-nın xəbərinə görə, hadisə Ayuka şəhərində baş verib. Evlərin birində silahlı kişi qadın və uşağı girov götürüb. Hadisə yerinə gələn polislər saat ərzində silhalı şəxslə danışıqlar aparıb, lakin kişi təslim olmaqdan imtina edib və atəş açıb: nəticədə 1 polis ölüb, 3-ü yaralanıb. Cavab atəşi nəticəsində silahlı şəxs öldürülüb. İlkin məlumata əsasən, qadınla uşaq xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə