Avropa İttifaqının sammitində Böyük Britaniyanın Baş naziri Devid Kemeronun təklifi ilə islahatların keçirilməsi barədə razılaşma əldə olunub. Bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk özünün "Twitter" səhifəsində bildirib. Euronews telekanalı xəbər verir ki, London Aİ-nin multivalyuta ittifaqı kimi tanınmasını, qurum daxilində rəqabət qabiliyyətinin yüksəldilməsini, onun qanunverici fəaliyyətində milli parlamentlərin səlahiyyətlərinin artırılmasını və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini tələb edir.
Fransa və Belçika Devid Kemeronun islahatlar təklifinə qarşı çıxsalar da, gərgin danışıqların yekununda 27 dövlət Böyük Britaniyaya xüsusi status verməyə razı olub.
Bu gün Devid Kemeron Brüssellə əldə olunan razılaşmanı Nazirlər Kabinetinə təqdim etməlidir. Bundan sonra o, vədinə əməl etməli və Böyük Britaniya vətəndaşlarını referendumda ölkənin Avropa İttifaqında qalmasına səs verməyə inandırmağa çalışmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB