Rusiyanın Türkiyəyə sanksiya tələbi BMT-də "ilişdi"

Rusiyanın Türkiyəyə sanksiya tələbi BMT-də "ilişdi"

Rusiyanın Suriyadakı vəziyyətlə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasından keçməyib. "Rusiya başa düşməlidir ki, onların Suriya prezidenti Bəşər Əsədə dəstəyi dalana dirənib və bu, çox təhlükəli ola bilər", - Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bəyan edib.

Beləliklə, BMT TŞ-nın növbədənkənar iclasından sonra ABŞ və Fransanın təşkilatdakı daimi nümayəndələri jurnalistlərə təmsil etdikləri ölkələrin Rusiyanın Suriyanın suverenliyi ilə bağlı təqdim etdiyi qətnamənin əleyhinə səs verdiklərini bildiriblər.

Hər iki ölkənin nümayəndəsi bəyan edib ki, Rusiyanın təqdim etdiyi sənədin gələcəyi yoxdur.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib ki, Moskva BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə Suriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar qətnamə layihəsini təqdim edib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə