Övladlarına əsəbləşən ana evi yandırdı

Övladlarına əsəbləşən ana evi yandırdı

Övladlarının ona baxmamasından hirslənən qadın özünü ölümün pəncəsinə atıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Fatihtəpə məhəlləsində yaşayan 82 yaşlı Məryəm Saygılı övladlarına əsəbləşərək evini yandırıb. Yanğının böyüdüyünü görən qonşular dərhal xilasetməyə, təcili yardıma və polisə xəbər ediblər.

Polis müdaxilə nəticəsində söndürülən evin ətrafında təhlükəsizlik tədbirləri həyata keçirib.

Yanan evdən son anda xilas edilən qadın bunu qəsdlə etdiyini etiraf edib: "Evimi özüm yandırdım və xəstə deyiləm. 11 uşaq böyütmüşəm, amma heç biri mənə baxmır. Biri gəlib anam var demir. Evi həyat yoldaşımla birgə almışıq və övladlarımın biri belə bu evə layiq deyil".

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə