Fransa “istedad pasportu” paylayır

Bu yalnız xüsusi qabiliyyətli miqrantlara şamil ediləcək
Fransa “istedad pasportu” paylayır

Fransa Milli Assambleyasında əcnəbilərin hüquqları ilə bağlı qanun qəbul olunub. Yeni qanun əcnəbilərə əvvəllər olduğu kimi hər dəfə birillik müvəqqəti yaşama kartı deyil, çoxillik müvəqqəti yaşama kartı verilməsini nəzərədə tutur. Qeyd olunur ki, əcnəbi ölkəyə daxil olanda ilk dəfə birillik, növbəti ildə isə iki və ya dördillik müvəqqəti yaşama kartı ilə təmin olunacaq.

Daxili işlər naziri Bernar Qaznöv bildirib ki, yeni qanun prefekturalara lüzümsuz gediş-gəlişləri aradan qaldıracaq. Eyni zaman yeni qanunla xüsusi qabiliyyətli (artist, elmi işçi, idmançı və s.) şəxslərə dördillik "istedad pasportu" yaşama sənədi veriləcək.

Qeyd edək ki, Fransa hər il təxminən 200 000 və ya əhalisinin 0,3%-i qədər miqrant qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə