4 min insan 3 uşağı axtarır

Çinin şərqindəki Cician əyalətində itən 3 uşağın axtarışında 4 mindən çox insan iştirak edir. SİA "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 7 yaşlı oğlan, 8 və 12 yaşlı iki qız fevralın 16-da kənddəki evlərindən çıxdıqdan sonra geri qayıtmayıb.

Polis axtarış rayonuna havadan qida və isti geyim ləvazimatları atır. Ümid edirlər ki, bu, uşaqların sağ qalmasına yardımçı ola bilər. Onları su anbarlarında, göllərdə və çaylarda da axtarırlar. Əməliyyatlara, həmçinin 10 peşəkar xilasetmə dəstəsi cəlb olunub. Axtarışla bağlı məlumatlar Çinin ən populyar sosial şəbəkələrində yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə