İrandan sərfəli təklif: "Gəlin, neft istehsalını dondurak"

İrandan sərfəli təklif: "Gəlin, neft istehsalını dondurak"

İran neftin qiyməti ilə bağlı vəziyyəti yaxşılaşdıracaq istənilən təşəbbüsü dəstəkləyəcək. SİA-nın "SHANA" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Namdar Zəngənə deyib.

O, Venesuela, İraq və Qətərin neft və energetika nazirləri ilə istehsalçı ölkələr tərəfindən neft hasilatının dondurulması ilə bağlı danışıqların yekunu üzrə bildirib ki, İran neftin qiymətinin artırılmasına və xam neft bazarında vəziyyətin yaxşılaşmasına istiqamətlənmiş istənilən addımı dəstəkləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə