3 milyard dollar borc qaytarılır

Yanvar ayında İran Milli Neft Şirkəti və "Shell" 2,7 milyard dollarlıq borca dair razılığa gəliblər
3 milyard dollar borc qaytarılır

Böyük Britaniya - Niderland şirkəti "Royal Dutch Shell" 2011-2012-ci illərdə İrandan aldığı neftə görə yaranmış borcu qaytarmağa başlayıb. SHANA agentliyinin verdiyi məlumata görə, bu barədə İran Neft Nazirliyinin nümayəndəsi Əsqər Hendi bildirib.

Yanvar ayında İran Milli Neft Şirkəti və "Shell" 2,7 milyard dollarlıq borca dair razılığa gəliblər. Bu borc 2011-2012-ci illərdə yaranıb və İranın nüvə proqramı ilə əlaqədar maliyyə sanksiyaları səbəbindən xarici banklarda dondurulub.

Ə.Hendi qeyd edib ki, Avropanın iri neft şirkətləri sanksiyaların ləğvindən sonra borclarını qaytarmağa başlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə