General: “Ruslar Bəşər Əsədlə uğurlu nəticələr əldə edirlər”

General: “Ruslar Bəşər Əsədlə uğurlu nəticələr əldə edirlər”

Rusiyalılar Bəşər Əsəd rejimi ilə koordinasiya qurublar və hazırkı məqamda çox uğurlu nəticələr əldə edirlər. İstər havada, istərsə də quruda aparılan əməliyyatlar koordinasiyalı şəkildə aparılır. Bizim isə problemimiz ondadır ki, əməkdaşlıq etdiyimz tərəflər yalnız uğursuzlardır. Gəlin məhz bu rejimlə işləyək. Məhz burada deyilir ki, düşmənimin düşməni mənim dostumdur". SİA-nın məlumatına görə, bu 2006-2009-cu illərdə Böyük Britaniyanın baş qərargahının rəhbəri olmuş Riçard Dannatın sözlərini "Daily Express" öz elektron versiyasında yayımlayıb.

Sabiq qərargah rəisinin sözlərinə görə, "İslam Dövləti" adlı terror təşkilatını məhz bu yolla məhv etmək mümkündür: "Onları ("İslam Dövləti" təşkilatını-red.), yalnız bir yolla – hərbi vasitələrlə darmadağın etmək mümkündür. Konfliktin həll edilməsi üçün diplomatik və siyasi proseslərlə yanaşı əsgərlərin iştirak edəcəyi quru əməliyyatlarını da gerçəkləşdirmək lazımdır. Hazırda Suriyada çatışmayan bir cəhət varsa, o da məhz budur".

Britaniyalı generalın sözlərinə görə, antiterror koalisiyasının radikal dini təşkilatın hərbi nöqtələrinə vurduğu zərbələr "İslam Dövləti"nin hərəkətlərinə mane ola bilməyib: "Həm Suriyada, həm də İraqda beynəlxalq koalisiya çərçivəsində quru əməliyyatlarına başlamaq zəruridir və mən heç də "əsgərləri göndərin və onların həyatlarında narahat olmayın"deyən fanatik generallardan deyiləm. Sadəcə, siyasi və diplomatik nəticələrin əldə olunmadığını dərk edib, bu kimi təkliflərlə çıxış edirəm. Quru əməliyyatlarına başlamaq zamanıdır cənablar"-deyə baş qərargahın sabiq rəisi vurğulayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə