Yaponiyada hidrogen yanacaqdoldurma məntəqələri açılır

Yaponiyada hidrogen yanacaqdoldurma məntəqələri açılır

Yaponiyanın paytaxtı Tokioda və Kariya şəhərində tezliklə bütün sutkanı işləyən mağazaların yanında hidrogen yanacaqdoldurma məntəqələri açılacaq. Belə obyektlərin inşasını tanınmış "Seven-Eleven Japan" ticarət şəbəkəsi "Iwatani" sənaye qaz şirkəti ilə birlikdə həyata keçirib. İlk iki belə məntəqənin fevralın 14-də istifadəyə veriləcəyi bildirilir.

Yanacaq elementləri ilə çalışan avtomobillər elektrik enerjisini hidrogen və oksigenin reaksiyaya girməsi nəticəsində əldə edir ki, bu zaman da ətrafa parnik qazı atılmır.

Yaxın 3 ildə mağazalar yanında fəaliyyət göstərəcək 20 belə məntəqənin istifadəyə verilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə