10 avtomobil toqquşdu  20 ölü

Sərnişin avtobusunun, yük maşınının və 8 digər avtomobilin toqquşması nəticəsində ən azı 20 nəfər həyatını itirib, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, insident Meksikanın mərkəzində yerləşən Puebla ştatında baş verib.

Şahidlərin sözlərinə görə, sərnişin avtobusu əvvəlcə yük maşını ilə toqquşub. Sonra digər avtomobillər də qəzaya uğrayan maşınlara çırpılıb. Onların bəziləri zərbənin təsirindən alışıb.

Hazırda hadisə yerində xilasedici dəstələr, mülki müdafiə qüvvələri, yanğınsöndürənlər və hərbçilər işləyirlər. Yol nəqliyyat hadisəsinin baş verdiyi rayonda avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə