İŞİD-ə qoşulan 8 nəfər həbs edildi

İŞİD-in tərkibində radikal dini və hərbi təlimlər keçmiş 8 Azərbaycan vətəndaşı tutulub
İŞİD-ə qoşulan 8 nəfər həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dini radikal silahlı birləşmələrdə və ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən 8 nəfər saxlanılıb. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İŞİD-in tərkibində radikal dini və hərbi təlimlər keçmiş 8 Azərbaycan vətəndaşı tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində saxlanılanlar qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinir.

Onlar Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfindir. Onların 2012-2015-ci illər ərzində Suriya və İraqda İŞİD və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində təlim keçdiyi müəyyən edilib. Təlimlər başa çatdıqdan sonra isə onlar qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Zöhrab Məmmədov Suriyada "Mühacir Ansar", İbadMuxtarov isə İraqda "Muvahidd camaatı" adlı silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman xəsarət də alıblar.

Həmçinin müəyyən edilib ki, hərbi sahədə xüsusi biliklərə malik olan Vladimir Marfin gizli yolla Suriyaya keçərək "Azəri camaatı" qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçib, onları döyüşə hazırlayıb. Hhabelə silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri ləvazimatlarla təchiz edib.

Məhkəmənin qərarları ilə həmin barələrində həbs qətimkan tədbirləri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə