Praqa Milli Muzeyinin tarixi binası fevralın 12-nə keçən gecə alova bürünüb. SİA-nın məlumatına görə, yanğın binanın damında başlayıb. Yanğın dam örtüyünün təqribən 200 kvadratmetr sahəsi bürüyüb. Peşəkar və könüllülərdən ibarət 20 yanğınsöndürmə bölməsi alovun öhdəsindən iki saat ərzində gəlib.
1891-ci ildə inşa edilən muzeyin binasına ziyan dəyib. Milli Muzeyin binasında yenidənqurma və bərpa işləri aparıldığı üçün eksponatların çoxu çıxarılıb. Bərpa işlərini 2018-ci ildə başa çatdırmaq nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB