Dağıstanın Xasavyurd rayonu ərazisində bu gün səhər saatlarından başlayaraq, antiterror rejimi çərçivəsində əməliyyatlara başlanılıb. SİA xəbər verir ki, bu barədə "interfax.ru" saytını Rusiyanın güc strukturları məlumatlandırıb. Antiterror rejimini səhər saat 5:00-dan start götürüb və rayonun bütün ərazisini əhatə edir. Güc strukturunun mənbəsi tərəfindən agentliyə bildirilib ki, tədbirin məqsədi onlara verilmiş məlumatlar sırasında müəyyən olunmuş radikal dini terrorçuların həbsi, yaxud da məhv edilməsidir.
Qeyd edək ki, bu kimi tədbirlər Şimali Qafqazın bir çox bölgələrində keçirilib və nəticədə "Əl-Qaidə"yə, "İslam Dövləti"nə və s. radikal dini vəhhabi sekta və qruplaşmalarına qarşı uğurlu əməliyyatlar baş tutub. Agentliyə o da bildirilib ki, antiterror əməliyyatları nəticəsində silahlı qruplaşmaların qonşu dövlətlərin ərazilərinə keşmək cəhdlərinin də qarşısı alınmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB