Livanda terrorun qarşısı alındı İŞİD

Livanda terrorun qarşısı alındı İŞİD

Livanın təhlükəsizlik gücləri iki ölkə vətəndaşını gizli terror yuvası qurmaq və terrorçuluqda fəaliyyət göstərmək ittihamı ilə həbs edib. SİA-nın məlumatına görə, bu barədə Suriyanın rəsmi "sana.sy" saytı yazır. Təhlükəsizlik gücləri departamentindən bildirilir ki, həbs olunanlardan biri istintaq zamanı silah və partlayıcı maddələrin hazırlanması üçün istifadə olunan maddələri satdığını etiraf edib.

İkincisi şəxs isə "İŞİD" - "İslam Dövləti" terror təşkilatının üzvü olduğunu bildirib və etiraf edib ki, Livanda hərbçilərə, polisə və s. dövlət strukturlarına qarşı terror aksiyaları həyata keçirmək üçün gənclər arasında təbliğat işi aparıb, onları təşkilata üzv yazdırıb.

Qeyd olunur ki, həbs olunanların ifadələruindən sonra "İslam Dövləti"nə məxsus digər gizli terror yuvalarının aşkarlanması istiqamətində işlərə start verilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə