ABŞ-ın Ədliyyə Nazirliyi Missuri ştatının Ferqyuson şəhərinin rəhbərliyinə məhkəmə iddiası göndərir. SİA xəbər verir ki, məlumata görə, ədliyyə nazirliyi ştat rəhbərliyindən 2014-cü ildə silahsız qaradərili gəncin öldürülməsindən sonra bələdiyyə polisində islahatların aparılmasını tələb edir-deyə BBC yazır.
"Ferqyuson sakinləri hər bir amerikalı kimi konstitusiya zəmanətinə, azadlıq haqqına malikdirlər. Halbuki, konstitusiyadankənar həbslərin aparılması, qanunsuz cərimələr sözün həqiqi mənasında onların bel sümüklərini qırır"-deyə ABŞ-ın Ədliyyə naziri Loretta Linç bildirib. Onun sözlərinə görə, Ferqyussonun polis departamenti afroamerikalılara qarşı kifayət qədər qanundankənar davranıb və şəhər sakinlərinə qarşı qəddar davranıb.
Qeyd edək ki, bundan öncə Ferqyusonun şəhər bələdiyyəsi şəhər hakimiyyətinin federallarla birgə polisin konstitusiya çərçivəsindəki standartlara uyğun fəaliyyətini əks etdirən razılaşma sənədindən imtina etmişdi.
Xatırladaq ki, 2014-cü ildə Maykl Braun adlı qaradərili gənc ağdərili bələdiyyə polisi Darren Vilson tərəfindən qətlə yetirilmişdi. Bu hadisədən sonra isə Ferqyusonda baş qaldıran etirazlar bütün ABŞ ştatlarını bürümüşdü. Məhz həmin olaylardan sonra ölkədə polis iqrçiliyinə qarşı hərəkatlar yaradıldı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB