Hindistan xilasediciləri buzqıran baltalar və motorlu mişar vasitəsilə qar və buz dağıntıları altında qalmış hərbçini sağ olaraq xilas ediblər. SİA xəbər verir ki, bu barədə "The New York Times" yazır. Qeyd olunur ki, o və digər 9 əsgər Siaçen buzlağında qar uçqununa məruz qalıblar. Digərləri həlak olsa da, piyada qoşununun sağ qalmış əsgəri Lens Naik Hanamantapa Koppad qar və buz yığınının altında 5 gün həyat mücadiləsi aparıb. O, aclıqdan, soyuqdan, donvurmadan əziyyət çəkib. Əsgərin hazırda hərbi hospitala yerləşdirildiyi bildirilir. Artıq onu ölkənin baş naziri Nerendra Modi ziyarət edib. "Bu əsgərin gücünü və iardəsini heç bir sözlə çatdırmaq mümkün deyil" -deyə, Hindistanın baş naziri vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB