Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında PKK terrorçularına qarşı aparılan hərbi əməliyyat nəticəsində 2 nəfər şəhid olub. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, terrorçularına qarşı əməliyyat zamanı 1 əsgər və 1 polis şəhid olub.
Bundan daha əvvəl Şırnak vilayətinin Uludərə rayonunda dövlət məmurlarını daşıyan avtomobilin partladılması nəticəsində Uludərə Dövlət Xəstəxanasının 2 vəzifəli şəxsi ölüb, 1 nəfər isə xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB