Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələləri, terrorla mübarizə və bölgədəki vəziyyətlə bağlı təcili müşavirə çağırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Axar, Daxili İşlər Nazirliyi rəhbəri Əfkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.
Toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Hollandiyaya olan səfərini təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB