Brtitaniyalı fermer “haqqın yolunu” tapıb HAVA SATIR

Brtitaniyalı fermer “haqqın yolunu” tapıb HAVA SATIR

Böyük Britaniyada yerli fermer Leo de Vatts təmis kənd havasını satmaqla necə deyərlər, "haqqın yolunu" tapıb. SİA xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, fermerin sözügedən məhsuluna ən çox Çinin zəngin ailələri maraq göstərirlər.

Belə ki, dimanlı Albionun qarlı zirvələrindən əldə edilən hava balonu çinli zənginlər tərəfindən 80 funt-sterlinqə (təqribən 116 dollara) alınır. Fermerin sözlərinə görə, dağ havasını ən çox alanlar sırasında Çinin çirklənmiş şəhərləri olan Şanxay və Pekinin sakinləridir ki, bu şəhərlərin varlı elitası Albionun təmiz havasından bir neçə nəfəs almaqdan ötrü ciddi maliyyə xərcləməyə hazırdır olduqlarını gizlətmirlər.

Vattsın rəsmi saytında qeyd olunur ki, təmiz hava Somersetdən, Uelsdən və Dorsetedən əldə edilir. Ona görə də hər bölgənin özünəməxsus aromatları da buraya daxildir. Onun reklam elanında deyilir: Hava əldəyilməmiş təbilət tərəfindən təmizlənib. O, ağaclar arasından, meşə bulaqlarından qalxaraq, dağların zirvələrinə qədər qalxır və yenidən əldəyilməz gözəlliyə geri dönür".

Fermerin sözlərinə görə, hətta bir çox alıcılar hava balonlarını aldıqdan sonra istifadə etmirlər. Onlar hesab edirlər ki, bir müddət sonra bu cür hava balonlarının qiyməti artacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə