Türkiyənin Fransanın Bordo şəhərindəki konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb. Diplomatik korpusun qarşısına toplaşan 60-a qədər radikal kürd Türkiyə hökuməti əleyhinə şüarlar səsləndiriblər. Narazı PKK tərəfdarlarından biri isə konsulluğun eyvanına dırmaşaraq, terror təşkilatının bayrağını və terrorçu Abdullah Öcalanın şəklini asıb. Vəziyyətdən narahat olan diplomatlar dərhal polisi köməyə çağırıb.
Narazı qrup bir müddət şüarlar səsləndirdikdən sonra polisin müdaxiləsiylə dağıdılıb. Hadisə zamanı konsulluq binasına ziyan dəyməyib.
Türkiyənin Parisdəki səfirliyi hakimiyyət dairələrindən günahkarların tapılmasını tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB