Dağıntılar altında qalanların axtarışı davam edir FƏLAKƏT

Dağıntılar altında qalanların axtarışı davam edir FƏLAKƏT

Tayvandakı zəlzələ nəticəsində ölkənin cənubunda "Qızıl əjdaha" kompleksi adlandırılan 17 mətrəbəli yaşayış binası təməlindən dağılaraq, yerlə-yeksan olub. Dağıntıları altında 120 nəfərdən çox insanın qaldığı bildirilir. SİA xəbər verir ki, bu barədə Tayvanın yerli KİV-ləri məlumat yayıb. Bəlli olub ki, xilasedivilər dağıntılar altında qalmış iki nəfərlə əlaqə saxlamağa müvəffəq olublar. Müxtəlif mlumatlara görə, binanın dağıntları altında ölənlərin sayı 32-34 nəfər arasındadır.

Lakin buna rəğmən, 179 nəfər insanın həyatını xilas etmək mümkün olub. Artıq dağıntılar altında qalanların yaxınları və qohumlarının səbrlərinin tükəndiyi və onların hiddətləndikləri qeyd edilir.

BBC isə şahidlərə istinadən xəbər verir ki, insanlar dağılmış binanın daxilində, eləcə də yıxılmış divarları arasında çoxsaylı konserv və yağ qabları və polistirol materialından ibarət bloklar görüblər. Qeyd olunur ki, məsuliyyətsiz tikinti rəhbərliyi bir çox hallarda betona və s. tikinti materiallarına, o cümlədən, artıq xərclərə qənaət etməkdən ötrü bu kimi çirkin üsullara əl atırlar.

Xilsaedicilərə isə canlarını qurtara bilmiş bina sakinləri kömək edirlər. Onlar binanın hansı hissəsində daha çox insan olduğunu göstərirlər. Belə ki, axtarış tədbirləri get-gedə daha da çətinləşir.

Ümumilikdə isə binada 96 mənzil və həmin mənzillərdə 256 nəfər sakinin yaşadığı müəyyən edilib. Zəlzələ baş verən an bina iki hissəyə parçalanıb və onun yuxarı hissəsi yerə dağılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə