"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq çin dilində video çarx hazırlayıb. Milyarder həyat yoldaşı Pristsilla Çan və 2 aylıq qızı Maks ilə bərabər çinlilərin Yeni ilini təbrik edib. O, video çarxda qeyd edib ki, yeni doğulan qızına Çin adı da verib.
"Həyat yoldaşım və qızım Maksla Yeni ilinizi təbrik etməyə çox şadıq. Maks üçün bu Yeni il çox vacibdir. Bu il biz ona Çin adı da seçdik. Onun adı Çen Minyuydur. Çen – anasının soyadıdır. Minyuy isə - "kainat" və sabah" deməkdir. Bizim balaca ailəmiz adından sizə Yeni ildə cansağlığı və firavanlıq arzu edirik".
Mark Yeni ili ailə dostları ilə birlikdə keçirəcəyini deyib. Çin təqviminə görə 8 fevral baharın gəlişi ilə Yeni ilə keçid olur. Çində "Facebook"a daxil olmaq qadağandır. Lakin Çin mətbuatı daimi olaraq Markın Çinə olan marağını gündəmdə saxlayır. Bir müddət əvvəl Mark Zukerberq ata olub. O, bu xəbəri "Facebook"da paylaşıb: "Pristsilla ilə qızımıza, "dünyaya xoş gəldin" dediyimiz üçün çox xoşbəxtik."

Mark və həyat yoldaşı Pristsilla Çan övladları olduğu üçün misilsiz bir xeyirxahlığa imza atıblar. Belə ki, cütlük "Facebook"a aid səhmlərin 99%-ni "Çan-Zukerberq Təşəbbüsü" adlı fonda bağışlayıblar. Bu səhmlərin dəyərinin 45 milyard dollar olduğu bildirilir. Mark Sukerberq və Pristsilla Çan hələ Harvard universitetində tələbə olarkən tanış olublar. 10 il görüşdükdən sonra, gənclər evlənməyə qərar veriblər.
Mark Zukerberq - sosial şəbəkə olan "Facebook"-un qurucusu, amerikalı sahibkardır. Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB