Prezidentin mühafizəçilərinə görə
İki ölkə arasında QALMAQAL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvadora səfəri qalmaqalla bitib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı xoşagəlməz hadisə baş verib. Zalda əyləşən bir neçə qadın gözlənilmədən prezidentin istefasını tələb ediblər. Prezidentin mühafizəçiləri isə qadınlara qarşı güc tətbiq edərək bayıra çıxarıblar.

Hadisədən sonra Türkiyənin Ekvadordakı səfiri Korkut Güngen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri qəbul edən Xarici İşlər nazirinin müavini Fernando Yepez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı baş verən xoşagəlməz hadisələrə görə üzr istəyib.

Nazirlik rəsmisi Türkiyə təhlükəsizlik qüvvələrinin Ekvador vətəndaşlarına qarşı zor tətbiq etdiyini də səfiri diqqətinə çatdırıb. Nazir müavini hadisə ilə bağlı rəsmi Ankaradan açıqlama gözlədiklərini qeyd edib.

Rəcəb Təyib Ərdoğan Türkiyə Respublikasının 12-ci prezidentidir. O, 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulub. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olub.

Bütün xəbərlər Facebook səhifəmizdə