Avstraliyanın xarici işlər naziri Culi Bişop fevralın 7-də Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən orbitə raket buraxılmasını kəskin tənqid edib.
Avstraliya xarici işlər idarəsinin başçısı jurnalistlərə müsahibəsində bildirib ki, Pxenyan təxribat xarakterli, təhlükəli və sabitliyə qarşı yönələn siyasət yeridir, regiona və bütün dünyaya qarşı təhlükə mənbəyi olaraq qalır.
Xəbər verdiyimiz kimi, bazar günü səhər KXDR yerin süni peykinin yerləşdiyi raketin uğurla orbitə çıxarılması barədə məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB