Partlayış nəticəsində 8 nəfər ölüb

Partlayış nəticəsində 8 nəfər ölüb

Pakistanın Kvetta şəhərində güclü partlayış baş verib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, avtomobil konvoyunun keçidi zamanı törədilən partlayış nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Ölənlərin əksəriyyəti mülki şəxslərdir. Onların arasında azyaşlı uşaq da var. Hücum edən şəxs üzərindəki bombanı işə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə