Rio-de-Janeyroda dünyanın ən məşhur karnavalının rəsmi açılış mərasımı olub. Sözün əsl mənasında parlaq müsabiqə-parad bir həftə davam edəcək. Karnavalda yüzlərlə rəqqas və artistin iştirakı planlaşdırılır. Ən yaxşı samba məktəbləri müsabiqə-paradında qələbə uğrunda mübarizə aparmaq üçün öz proqramlarını hazırlayıb.
Ənənəyə görə karnaval iştirakçıları tamaşaçıları və jürini nəinki ustalıqları, həm də geyim və dekorasiyanın gözəlliyi ilə məftun etməyə çalışacaqlar. Karnavalda iştirak etmək üçün biletlərin qiyməti bəzi hallarda 650 dollara çatır.
Qeyd edək ki, hakimlərdən daha yüksək qiymət alan 6 samba məktəbi fevralın 13-də keçiriləcək qaliblər paradında iştirak etmək hüququ qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB